Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi

gurcustan-suriya-ile-diplomatik-elaqeleri-kesdi
Oxunma sayı: 1463

Gürcüstan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan Bəşər Əsəd rejimi ilə bütün diplomatik əlaqələri kəsib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) BMT-yə nota göndərib:

"İki ölkə arasındakı diplomatik əlaqələrin kəsilməsi notası Suriya Ərəb Cümhuriyyətinin BMT-dəki və Misir Ərəb Cümhuriyyətinin diplomatik missiyalarına çatdırılıb".

XİN-in bəyanatında Əsəd rejiminin Abxazya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıması "Rusiyanın təzyiqi, etnik təmizləmə və həmin ərazilərin işğalının dəstəklənməsi" kimi göstərilib.