Gürcüstanda “dedovşina” halları azalıb

gurcustanda-dedovsina-hallari-azalib
Oxunma sayı: 652

Bu barədə “Qafqazinfo”ya Gürcüstan Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsindən məlumat verilib. Məlumatda o da qeyd olunur ki, “dedovşina” hallarını azaltmaq üçün ən səmərəli alət parlament nəzarəti, QHT nəzarətinin (müdafiə və insan hüquqları sahəsində işləyən QHT-lər) və digər maraqlı oyunçuların daxil olduğu mülki nəzarət vasitəsilə Silahlı Qüvvələri daha şəffaf etməkdir ki, gürcü tərəfi buna nail olub.

Parlamentdən verilən məlumatda o da bildirilir ki, Gürcüstanda Təhlükəsizlik və Müdafiə Komitəsi vasitəsilə parlament nəzarəti kimi Silahlı Qüvvələrə demokratik nəzarətinin forması var. Həmçinin, Gürcüstan Ordusuna mülki nəzarətə aid müxtəlif məsələlərlə bağlı Təhlükəsizlik və Müdafiə Komitəsinin yerli və beynəlxalq QHT-lərlə sıx əməkdaşlığı var.

Cəsur