Gürcüstanda marixuana istifadəsi qanuniləşdi - Cinayət hesab edilməyəcək

gurcustanda-marixuana-istifadesi-qanunilesdi
Oxunma sayı: 2462

Gürcüstan Konstitusiya Məhkəməsi marixuana istifadəsini Cinayət Məcəlləsindən çıxarıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı son qərar isə parlamentdə keçiriləcək müzakirə və səsvermədən sonra məlum olacaq.

Qeyd edək ki, daha öncə şəxsi istifadə üçün 151 qrama qədər marixuana yetişdirilməsi cinayət məcəlləsindən çıxarılmışdı. İndi isə miqdar tamamilə ləğv olunub.