Gürcüstanda yeni hökümət təsdiqləndi - Onlar nazir oldu

gurcustanda-yeni-hokumet-tesdiqlendi
Oxunma sayı: 2691

Gürcüstan parlamenti keçmiş Daxili İşlər naziri Giorgi Qaxarianın başçılıq edəcəyi yeni hökumətə etimad göstərib.

“Qafqazinfo” “REN TV”yə istinadən xəbər verir ki, deputatlar yeni hökümət başçısının namizədliyini, yenilənmiş tərkibi, eləcə də kabinetin proqramını dəstəkləyib. Parlamentin 150 deputatından 98-i Baş Nazirin lehinə səs verib.

Yeni hökümətdə Gürcüstanın Daxili İşlər naziri postunu Vaxtanq Qomelauri, Müdafiə naziri postunu isə İrakli Qaribaşvili tutub.  

Qeyd edək ki, G. Qaxaria Gürcüstanın sayca beşinci Baş Naziridir. O, bu postda Bidzina İvanişvilini əvəzləyib.