Habil Vəliyev apellyasiya şikayəti verib

habil-veliyev-apellyasiya-sikayeti-verib
Oxunma sayı: 2193

Reketlik fəaliyyətində ittiham olunaraq həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun evinin üzərinə qoyulan həbs götürülüb.

H.Vəliyev hökmdən narazı qalıb və yuxarı isntansiyaya müraciət edib. Onun işinə Bakı Apellyasiy Məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə baxılacaq. İlkin baxış iclası iyulun 21-də keçiriləcək.

DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb olunub. O‚ ölkədəki bir sıra orta vəzifəli şəxslər barəsində qəzetində yazılar yayımlayaraq rüsvay etməklə hədələyib pul almaqda ittiham edilib.

Murad Əhməd