Hansı planetə uçmaq istərdiniz?

hansi-planete-ucmaq-isterdiniz
Oxunma sayı: 1003

Xəzər 103 FM və Myvideo TV-də yayımlanan “Danışır xəzər” proqramında günün müzakirəsi kosmosla bağlıdır. “Qafqazinfo” xəbər verir ki, 18:00-da yayımlanacaq proqramda 13 dekabr tarixində ilk dəfə kosmosdan istifadə haqqında saziş müzakirə ediləcək. 

Günün sualı isə “Hansı planetə uçmaq istərdiniz?” olacaq. Siz də müzakirəyə, oyunlara qoşulmaq və kommunal borcların ödənilməsi ilə bağlı suallara cavab tapmaq üçün *8103 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Qeyd edək ki, proqram Fira və Azərin təqdimatında həftə içi hər gün saat 18:00-20:00-a kimi yayımlanır. Proqram Azərbaycanda ilk və yeganə sosial radio şousudur. İki saat ərzində dinləyicilərin və izləyicilərin kommunal borcları ödənilir, işsizlərin işlə təminatına aparıcılar cavabdehlik daşıyır. Bundan başqa, 103 FM-in instaqram səhifəsində (@xezer103fm) düşünüdürü suallar paylaşılır, doğru cavab verənlər mükafatlandırılır.

Verilişin informasiya dəstəkçisi “Qafqazinfo” saytıdır