Harın ərəb şeyxləri doğma Bakını öz məşuqəsinə çevirib

harin-ereb-seyxleri-dogma-bakini-oz-mesuqesine-cevirib
Oxunma sayı: 1986

Aysu Kərimova

“Təmizlik imanın yarısıdır”- deyən Quranın yazıldığı dilin sahibləri- ərəblər bütün dünyada ən yaxşı müsəlmanlar kimi tanınır. Ancaq, öz müşahidələrimə görə dünya üzərində bu qədər təcrübəsiz, kültürdən qısır və murdar bir millət yoxdur deyə bilərəm. İçlərindən bir çox mübarək insan çıxdığı danılmazdı, hərçənd bu an yaşayan ərəblər həqiqətən, mədəniyyətdən nəsibini almamış insanlardır. Çünki, ərəb dünyagörüşü bədəvi, səhra dünyagörüşüdür.

Son aylarda şəhərimizin dincəlməklik məkanlarını "qaramat basıb". Təəssüflər olsun, harın ərəb şeyxləri doğma Bakını öz məşuqəsinə çevirib. Vətən anadı, niyə özün məşuqə kimi aparsın?! Adam tolerant yanaşa da bilmir. “Arvad”ların (üzrlər, zəhləm gedir bu ifadədən. Lakin, ərəbə gedibən, 2-ciliyi, 3-cülüyü qəbullanan qadın, xanımlıqdan çıxıb, arvadlıq statusunu haqq edəndir) qara çarşaba bürüyüb “ağ” günə çıxmış ərəb kişilərinin gözləri doyub-dolanmır. Küçədə qadınımızı “istirahət saatı” kimi nəzərdən keçirirlər. Hələ əllərindəki alış-veriş paketlərini demirəm. Hamısında qucaq-qucaq Tommy, Zara, Lacostevə s...

Mağaza sahibləri də nece ayağa qalxıb yaltaqlanır, malların sırımağa can atırlar, məlumdu hər birimizə. "Ayağ yolundan çıxıb, yumadığınız əllərinizə də çox yaraşır bu markalar" deməyi gəlir adamın. 

Açığı ölkənin turizminin inkişafı deyəndə Bakını Səudiyyə təsəvvür edəcəyim yatar yuxuma girməzdi. Şəhərin məhz pinti qələbəliyindən sıxılıb, rayonlarımızda bəlkə normal stirahət etmək mümkün ola düşündüm. Qardaş, Nicdə ərəb, Xansarayında ərəb, Kişdə ərəb. Yerdən 2000 metr hündürə qalxdıq, gördüm burda da, kanatda oturub portağal şirəsi içirlər. "Yerdə ərəb, göydə ərəb." Elə bu dəmdə rəhmətlik Sabirin o möhtəşəm "Harda müsəlman görsəm, qorxuram" misrası yadıma düşdü.

Əlqərəz, müşahidələrim yenə qonaqlarımıza qarşı mülayim olmağa icazə vermədi. Bəli, yer üzündə ərəblərdən başqa kübarlığa, mədəniyyətə bu qədər yabanı 2-ci bir millət varsa, yenə ərəblərdir.

Etməyib təmbəllik, bir ərəbə “Azrəbaycanı sizə bu qədər eqzotik göstərən nədir?” sualımı ünvanladım.( qolu-qıçı sınıq ingiliscəmlə).
-Cavabında: “Son zamanlar başqa ölkələrə çıxışımız sanlaşıb. Dünyanın başqa ölkələrində sərmayə qoyub gəlir etmək, çoxşaxəli bizness  imkanı yaranıb. Yararlanmaq istəyib, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan ölkələrində oldum.  Amma axşamlar 9-dan sonra bu ölkələrin heç birində rahat istirahət edə bilmədim. Məhdudlaşdırılır oralarda insanlar. Azərbaycan isə sanki bir Avropadı. Təyyarədən düşdüyümüz andan qızlarınız bizi darıxmağa qoymur. Gecə-gündüz  “xidmət”imizdədilər. Restoranlarınız gecəyarısına kimi işləyir. İstədiyimizi edə bilirik burda”.
 
Bağıra-bağıra, möhkəm səslə danışan, yuyunmaq, yemək, rəftar qaydalarına yad, cibdən dolu, mədəniyyətə ac- yalavac bu xalq, bəli, Orta Asiya ölkələrini gəzib, dolaşıb, "kirli" mahiyyətlərini ortaya çıxaracaq rahatlığı Azərbaycanda tapıblar. 

BƏƏ-də qadınlarını bürüyüb, qızlarımız ilə  bahalı otellərdə hərtərəfli dincəlmək mədəniyyətlərarası toqquşma dedikləridi çox yəqin. Yamanda siğəbazdırlar. 

Şahid olduğum digər məqam isə ölkəyə Avropadan gələn əcnəbi  tələbələrin belə Azərbaycan sözlərindən daha çox bir-birinə "habibi" deyə xitabı, ərəb musiqilərini oxuyub, oynamaqları oldu. Qınamıram. 

Başqa həqiqət mərkəzi restoranların ərəb dilində yazılmış menyusu və siyahıdakı göz qaraldan qiymətləridir. Keçənlərdə daima müştərisi olduğum bir restorana düşdü yolum. Çarşablı qadınların min zillətlə yemək yemə tərzlərinə mat-məhəttəl qalmışdım. Qanunlar doğrudan da həmişə əziyyət verir. Daha sonra menyudakı qiymətləri görüb, ürəyimdə "şeyxsiz yaşamağı" çətinləşdirən ölkəmi qınadım. Sifariş vermək üçün ofisiant xanımı çağırıb, zarafatla: "Dəqiq həmişə gəldiyim yerdi də bura?!" soruşdum. Cavabında nə desə yaxşıdır?  -"Ərəblərin açıqürəkliliyinə biganə qala bilməzdik. Adam özümüzünkilərə də qıymır, amma bunlar çox səxavətlidi axı..."

Nə deyəsən. Hər şey qurban olsun günü-gündən çiçəklənən, sabahı işıqlı Azərbaycana...

Sayğılar..