İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Khabar Fouri” portalı məlumat yayıb.
Məlumata görə, diplomatlar regionda baş verən hadisələri və ikitərəfli münasibətləri müzakirə ediblər.
Telefon danışığı zamanı Əraqçi vurğulayıb ki, beynəlxalq hüquqa görə, heç bir dövlət başqa bir ölkəyə qarşı təcavüzkar hərəkətlər üçün öz ərazisini başqalarının istifadəsinə verməməlidir:
“İranın müdafiə xarakterli cavab tədbirləri yalnız təcavüzkarlara və İrana qarşı hücumlar üçün istifadə olunan hərbi bazalara yönələcək”.
Xatırladaq ki, fevralın sonunda başlayan hərbi əməliyyatlar fonunda ABŞ və İsrail Tehran başda olmaqla, bir sıra şəhərlərdəki hərbi hədəflərə zərbələr endiriblər.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.
Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Son xəbərlər
Son Xəbərlər