Mingəçevir şəhərində bayram tonqalının yaratdığı yanğın hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın hadisəsi şəhərin Heydər Əliyev prospekti ərazisində, keçmiş məcburi köçkünlərin yaşadığı şəhərciyinin yaxınlığında baş verib.
İlkin məlumata görə, tonqalın nəzarətsiz qalması nəticəsində alov ətrafa yayılıb və yanğın qısa müddətdə geniş ərazini əhatə edib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının qarşısının alınması və tam söndürülməsi istiqamətində tədbirlər görülür.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər