Ağdam illər sonra İlaxır çərşənbəni keçirir - Video

agdam-iller-sonra-ilaxir-cersenbeni-kecirir
Oxunma sayı: 335

Ağdam şəhərində uzun illərdən sonra ilk dəfə olaraq Torpaq çərşənbəsi münasibətilə tonqal qalanıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu hadisə şəhərin sosial həyatının yenidən canlandığını və sakinlərin doğma yurdlarına qayıdışının davam etdiyini göstərir.

Məlumata görə, Novruz bayramı ərəfəsində Ağdamda artıq bütün çərşənbələrin qeyd olunmasına başlanılıb. Xüsusilə Torpaq çərşənbəsinin keçirilməsi şəhərə qayıdan sakinlər üçün böyük mənəvi əhəmiyyət kəsb edib.

Tədbir çərçivəsində şəhər ərazisində tonqallar yandırılıb, sakinlər bayram ənənələrinə uyğun olaraq tonqal ətrafında toplaşıblar. Milli musiqilər səsləndirilib, qədim adətlər yaşadılıb və bayram ab-havası yaradılıb.

Sakinlər bu əlamətdar günü həm sevinc, həm də qürur hissi ilə qeyd ediblər. Onlar bildiriblər ki, uzun illərdən sonra doğma şəhərdə Novruz ənənələrinin bərpası xüsusi duyğular yaşadır.

Qeyd edək ki, Ağdamda Novruz çərşənbələrinin yenidən keçirilməsi ölkədə həyata keçirilən “Böyük Qayıdış” prosesinin mühüm tərkib hissəsi hesab olunur. Bu kimi tədbirlər şəhərin bərpası ilə yanaşı, milli-mədəni dəyərlərin yaşadılmasına da töhfə verir.

Ziya Əmirxanlı