Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Dadaşbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şükran Həsənalıyevin idarə etdiyi “Mercedes-Benz Atego” markalı yük avtomobili ilə Natiq Mehtiyevin idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 7 nəfər Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin yüngül və orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Şirvan Şəhər Mərkəzi Xəstəxanası Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyətini açıqlayıb.
Qeyd olunub ki, baş verən qəzada 10 nəfər (1 kişi, 9 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.
Xəsarət alanlardan 8 nəfərə tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, onların vəziyyəti ağır (kişi) və orta ağır (qadın) kimi qiymətləndirilir.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər