Amerikalı general Antonio Aquto Ukraynaya hərbi yardım üzrə qrupun rəhbəri olarkən məxfi sənədləri qatarda unudub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Pentaqonun hesabatında yer alıb.
33 şahidin ifadələrinə əsasən hazırlanan hesabata görə, hadisə 2024-cü ilin birinci yarısında baş verib.
Belə ki, Aquto ABŞ səfirinin göstərişlərinə zidd olaraq Ukraynaya səfəri zamanı özü ilə məxfi materiallar aparıb. O, Almaniyadan Kiyevə səfər edərkən həmin məxfi sənədləri Polşada qatarda unudub. Həmin sənədlər yalnız 1 gün sonra tapılıb və ABŞ-nin Ukraynadakı səfirliyinə təqdim edilib.
Bundan başqa, generalın Ukraynada şam yeməyi zamanı həddindən artıq spirtli içki qəbul etdiyi də məlum olub. Sərxoş vəziyyətdə olan general həmin axşam yıxılıb və beyin travması alıb. Bundan bir gün sonra isə o, ABŞ-nin o vaxtkı Dövlət katibi Entoni Blinkenlə görüşə sərxoş halda gəlib.
Qeyd edək ki, general Antonio Aquto elə həmin ilin avqust ayında ABŞ Quru Qoşunlarından istefa verib.
Son xəbərlər
Son Xəbərlər