“Onlar bizim üçün heç nə etmirlər” - Tramp

onlar-bizim-ucun-hec-ne-etmirler
Oxunma sayı: 830

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması məsələsində NATO müttəfiqlərindən, eləcə də Avstraliya, Yaponiya və Cənubi Koreyadan yardım gözləmədiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünə məxsus “TruthSocial” platformasında paylaşım edib.

Tramp müttəfiqlərin passivliyini tənqid edib:

“Mən təəccüblənmirəm. NATO həmişə birtərəfli küçə olub – biz onları qoruyuruq, amma onlar bizim üçün heç nə etmirlər”.

Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatlara cavab olaraq Tehran strateji əhəmiyyətli Hörmüz boğazını bağlayıb və bölgədəki Amerika bazalarını hədəf alıb. Hazırda dünya üzrə dəniz yolu ilə neft daşınmalarının 30%-i blokada səbəbindən iflic vəziyyətindədir.