Xaçmazda maşın piyadanı vurub öldürdü

xacmazda-masin-piyadani-vurub-oldurdu
Oxunma sayı: 306

Xaçmazda minik avtomobili piyadanı vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Gəndob-Yalamaavtomobil yolunun Xaçmaz rayonunun Cinartala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yolu keçən yaşlı kişini “VAZ 2107” markalı minlik avtomobili vurub. Ağır bədən xəsarətlər alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov