Hava limanında silahlı hücum - 3 ölü, 2 yaralı

hava-limaninda-silahli-hucum
Oxunma sayı: 1014

İndoneziyanın Papua bölgəsində Kenyam hava limanında silahlı insident baş verib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, polisləri daşıyan yüngülmühərrikli təyyarə hava limanına endikdən sonra, silahlılar ətrafa atəş açmağa başlayıblar.

Hadisə nəticəsində 3 sivil ölüb, ilot və 1 sivil isə yaralanıb.

Yaralanan şəxslərin Cənubi Sulavesi bölgəsindən gəlmiş tacirlər olduğu, polislərin isə çərşənbə günü keçiriləcək seçkilərlə əlaqədar bölgədə təhlükəsizliyi qorumaq üçün göndərildiyi bildirilib.

Hücumun Silahlı vətəndaşlar” cinayətkar qruplaşma tərəfindən törədildiyi  açıqlanıb.

Qeyd edək ki, daha öncə Hollandiyanın nəzarətində olan Papua bölgəsi 1963-cü ildə İndoneziyanın tərkibinə daxil edilib. Bölgə əhalisi müstəqillik üçün hökumətə qarşı silahlı mübarizə aparır.