Həbib Axundova pul “atmaqda” təqsirləndirilənə iş istənildi

hebib-axundova-pul-atmaqda-teqsirlendirilene-is-istenildi
Oxunma sayı: 978

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundova və digər şəxslərə pul “atmaqda” təqsirləndirilən Elnur İbrahimova cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək E.İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digər şəxslərdən biznes qurmaq adı ilə təxminən 1 milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib. Deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınıb. 

Murad Əhməd