Həbib Konora qalib gəldi - Video+Fotolar

hebib-konora-qalib-geldi
Oxunma sayı: 13652

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irland həmkarı Konor Makqreqora qalib gələrək “çempion” titulunu qoruyub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Las-Veqasda “UFC229 turniri çərçivəsində keçirilən döyüşdə ilk iki raund rusiyalı döyüşçünün üstünlüyü ilə keçib. Üçüncü raundda Makqreqor Nurməhəmmədova qalib gəlib.

Dördüncü raund isə Həbibin qələbəsi ilə bitib və o, “UFC çempionu” titulunu qoruyub. Nurməhəmmədovun bu döyüşdən əldə etdiyi qonorarı 2 milyon dollar təşkil edib.