Həbsdəki keçmiş deputat şikayət verdi

Həbsdəki keçmiş deputat şikayət verdi
Oxunma sayı: 76

Sabiq deputat Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilməsi barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkili Elvin Səlimov məlumat verib.

Vəkilin sözlərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Məhkəməyə müraciət etmələrinin səbəbi D.Xəlilovun barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmdür. Onlar hökmün ləğv edilməsini və ona bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, D.Xəlilov, Şakir Musayev və Seyfulla Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi