Həbsdəki müxalifətçinin vəziyyəti pisləşdi

hebsdeki-muxalifetcinin-veziyyeti-pislesdi
Oxunma sayı: 630

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin səhhətində ciddi problemlər yaranıb. Bu barədə 14-cü kalonda olan Demokratiya və Vətəndaş Cəmiyyətinin Inkişafına Kömək Ictimai Birliyinin sədri Oktay Isgəndərli məlumat verib. Onun sözlərinə görə, Ş.Həsənlinin ciddi şəkildə müalicəyə ehtiyacı var.

AXCP sədrinin müavini Gözəl Bayramlı da Ş.Həsənlinin səhhətinin ağırlaşdığını təsdiqləyib: “Şahin bəydə hələ həbsindən əvvəl ürək və bel ağrıları var idi. Buna görə ildə iki dəfə müalicə olunurdu. Indi həbsxana şəraitində olduğuna və müalicə oluna bilmədiyinə görə ağrıları kəskinləşib. Yoldaşına deyib ki, yanına vəkil göndərsinlər. Şahin bəyə görə çox narahatdır. Deyir, müalicə olunmayanda Şahin yerindən də dura bilmir. Bu həftə ərzində vəkil problemini həll edəcəyik. Yeni bir müdafiəçi ilə müqavilə bağlayacağıq”.