Həbsxanada intihar

hebsxanada-intihar
Oxunma sayı: 649

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum, 1982-ci il təvəllüdlü Mikayılov Pərviz Əziz oğlu müəssisənin tualetində özünü kapron iplə asaraq intihar edib.

Faktla bağlı cinayət işi başlanıb.

Mikayılov Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdu.