Həbsxanada kütləvi dava - 37 ölü

hebsxanada-kutlevi-dava
Oxunma sayı: 646

Venesuelada həbsxanada nəzarətçilərlə məhbuslar arasında toqquşma baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata əsasən insident Amasonas ştatında qeydə alınıb. Qiyam Puerto-Ayakuço şəhərindəki həbsxanada təşkil olunub.  Təhlükəsizlik qüvvələri həbsxana üzərində nəzarəti bərpa etməyə cəhd göstəriblər. Bu zaman tərəflər arasında toqquşma baş verib.  Nəticədə 37 məhbus öldürülüb.