Həftənin kriminal xəbərləri

heftenin-kriminal-xeberleri-
Oxunma sayı: 1010


İyulun 17-si saat 13:50 radələrində 28 May küçəsində Neftçala rayon sakini Adıgözəl Misgərov münaqişə zəminində Hacıqabul rayon sakini Vahid İmanova bıçaq xəsarəti yetirdiyinə görə Nəsimi RPİ 22-ci PB, Səbail RPİ PPXB və 39-cu PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub. 

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Arzu Əliyev tutulub.

Nizami RPİ CAŞ və 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rövşən Qurbanov tutulub.