Həmyerlisini xəstəxanalıq etdi

hemyerlisini-xestexanaliq-etdi
Oxunma sayı: 735

Yevlax sakini münaqişə zamanı həmyerlisini xəstəxanalıq edib. 

“Qafqazinfo” xəbər verir ki, fevralın 26-sı axşam 10 radələrində Yevlax rayon Yuxarı Qarxun kəndi ərazisindən Elnur Məmmədovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi barədə RPŞ-yə məlumat daxil olub. 

Məlumatla əlaqədar Yevlax Rayon Polis Şöbəsində dərhal əməliyyat qrupu yaradılıb. Münaqişə zəmnində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Zəkəriyyə Kərimov saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir