Həyətində çətənə yetişdirən Yevlax sakini tutuldu

heyetinde-cetene-yetisdiren-yevlax-sakini-tutuldu
Oxunma sayı: 811

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Yuxarı Salamabad kənd sakini Elçin Hüseynov saxlanılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi çəkisi 1 kiloqram 735 qram olan, 20-65 santimetr uzunluqda 42 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də istifadə etmək məqsədilə saxladığı çəkisi 1 kiloqram 705 qram olan 6 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.