“Hicab heç zaman müqavimətin simvolu olmayıb”

hicab-hec-zaman-muqavimetin-simvolu-olmayib
Oxunma sayı: 639

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Prezident Abdulla Gül Kanadanın ən yüksək tirajla satılan qəzeti “Toronto Star”a müsahibəsində bildirib.

O deyib: “Baş örtüyünü rəmz olaraq görənlər səhv istiqamətdədirlər və səhv məlumatlandırılıblar. Qadınların və qızların bunu bir simvol olaraq geyindiklərini düşünmürəm. Hicab Türkiyədə heç zaman müqavimətin simvolu, mübarizə ünsürü olmayıb. Bəzi ailələrin bəzi fərdləri hicab taxarkən digərləri taxmaya bilər. Bu fərdi seçimdir və son dərəcə demokratiktir”.