Hicablılara “bayquş” deyən aparıcı yenidən ANS-də -

hicablilara-bayqus-deyen-aparici-yeniden-ans-de-
Oxunma sayı: 5955


“Qafqazinfo”nun məlumatına görə, bu haqda ANS-in “Facebook” səhifəsində məlumat verilib. Teleaparıcı yenidən “İncə maraqlar” və “İncə+” verilişi ilə tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, “İncə maraqlar” verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi. 

Könül

“Qafqazinfo”