Hidayət də uduzdu - Fotolarda + Yenilənib

Hidayət də uduzdu
Oxunma sayı: 4356

Bu gün Azərbaycanın daha 3 cüdoçusu dünya çempionatında mübarizəyə qoşulacaq.

"Qafqazinfo" xəbər verir ki, Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.

Kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparacaq. Onlar mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 27 yaşlı Orucovun ilk rəqibi misirli Məhəmməd Mohyeldin olacaq. 21 yaşlı Heydərov isə iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.

Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayacaq. 1/32 finalda onun bəxtinə almaniyalı Amelie Stoll düşüb.

İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.

Dünya çempionatı

57 kq

1/32 final. İçinxorlu Munxtsedev - Amelie Stoll (Almaniya)

73 kq

1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)

1/32 final. Hidayət Heydərov - Sajjad Sehen (İraq)

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından ən yüksək nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 5-ci yeri tutub.

***

Mundxçenev ilk görüşdə uduzub. Rüstəm Orucov isə ipponla misirli rəqibinə qalib gəlib. 

***

Hidayət Heydərov da ilk görüşündə ipponla qalib gəlib.

***

Rüstəm Orucov növbəti qələbəsini də ipponla qazanıb. O, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Viktor Skvorçovu məğlub edib.

***

Hidayət Heydərov da növbəti qələbəsini qazanıb. O, monakolu Sedrika Bessini ipponla udub.

***

Hidayət Heydərov növbəti qələbəsini qazanıb. O, tacikistanlı Behruzi Hodjazodanı udub.

***

Rüstəm Orucov isə 1/8 finalda monqolustanlı Çoqbatar Çend-Oçirə uduzub.

***

Hidayət Heydərov 1/4 finalda monqolustanlı Canbaatara qalib gələrək yarımfinala çıxıb.

***

Hidayət Heydərov yarımfinalda yapon rəqibi Haşimotoya ipponla uduzdu.

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal
































Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi