Hidayət Heydərov bürünc medal qazandı - Yenilənib

hidayet-heyderov-burunc-medal-qazandi
Oxunma sayı: 3893

 İyunun 23-də - II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan üç təmsilçimizdən daha biri dörddəbir finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Hidayət Heydərov onaltıdabir finalda macarıstanlı Mikloş Unqvaridən üstün olub. Səkkizdəbir finalda israilli Din Yaakov Gemeri mübarizədən kənarlaşdıran idmançımız dörddəbir finala yüksəlib.

Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) ilk görüşündə rumıniyalı Stefania Adelina Dobreyə məğlub olaraq mübarizəni dayandırıb.

***

Hidayət Heydərov 1/4 final görşündə yunan rəqibi Georgios Azoidisə 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşacaq.

**

Azərbaycan cüdoçusu Hidayət Heydərov ikinci Avropa Oyunlarının bürünc medalını qazanmaq şansı əldə edib.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda Ermənistan idmançısı Ferdinand Karapetyanı mübarizədən kənarlaşdırıb.

**

Hidayət Heydərov bürünc medal qazanıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Laşa Şavdatuaşvilini məğlub edib.