Hindistanda leysandan ölənlərin sayı 167-yə çatıb

hindistanda-leysandan-olenlerin-sayi-167-ye-catib
Oxunma sayı: 1104

Hindistanın Kerala ştatında bir həftədə güclü musson leysanları səbəbindən 167 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 97 nəfərin öldüyü açıqlanmışdı. 

Qeyd edək ki, ştatda yağışlar avqustun 8-dən bəri yağmağa başlayıb və gün boyu davam edir. Ştatın bütün 14 rayonunda qırmızı təhlükə səviyyəsi elan edilib.

Bu gün ölkənin Hərbi Hava Qüvvələrinin cənub komandanlığı bütün təlim planlarını dayandırdıqlarını, şəxsi heyəti və gəmiləri zərər çəkmiş əhaliyə yardım göstərmələri üçün Keral ştatına yolladıqlarını elan edib.