Hindistanda şagirdləri daşıyan qayıq batıb - Ölən və itkin düşənlər var

hindistanda-sagirdleri-dasiyan-qayiq-batib
Oxunma sayı: 1103

Hindistanın qərb sahilləri yaxınlığında 40 şagirdi daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 4 uşaq həlak olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, insident yanvarın 13-də səhər saatlarında ölkənin qərbində yerləşən Maharaştra ştatının Dahanu şəhəri sahillərində qeydə alınıb.

Qəza zamanı qayıqda 40 məktəbli olub. Onlardan 25-i xilas edilib.

Hazırda hadisənin baş verdiyi ərazidə 11 şagirdin axtarış-xilasetmə əməliyyatı aparılır.