Horadizdə Füzulinin sosial–iqtisadi inkişafı müzakirə olundu

horadizde-fuzulinin-sosialiqtisadi-inkisafi-muzakire-olundu
Oxunma sayı: 796


"Qafqazinfo" xəbər verir ki, tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, bir qrup fəallar iştirak edib.

Hesabat yığıncağında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ”Füzuli rayonunun 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzə ilə çıxış edib.

Alı Alıyev bilidirib ki, yola saldığımız yarım il respublikamız üçün bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır: “Bu il müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi ilidir. Rayonda olan idarə və müəssisələr, təşkilatlar, bütün yaşayış məntəqələrində əhali əlamətdar yubileyi təntənə ilə qeyd etməklə ulu ondər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 illik dövrə nəzər salaraq ona olan sədaqətlərini nümayiş edib.”

Alı Alıyev qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə imzalanmış “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü llərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonumuzla bağlı 17 müdddəa nəzərdə tutulmuşdur və bunların demək olar ki, əksəriyyəti uğurla başa çatdırılmışdır. “Dövlət Proqramında taxılçılığın, heyvandarlığın, tərəvəzçiliyin, pambıqçılığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Taxılçılıqdakı uğurlarımız ürəkaçandır. Rayonda ən mühüm ərzaq məhsulu olan taxılçılığın inkişafı xüsusilə son illər diqqət mərkəzindədir. Bu ilki nəticələrimiz də sevindirici olmuşdur. 39,7 min hektar sahənin məhsulu nəzərdə tutulmuş müddətdə biçilmişdir, 111 min ton taxıl əldə edilmişdir. Mən deyərdim ki, rayonun tarixində bu nəticə olmamışdır. Biz ilk dəfə olaraq keçən il 101 min ton, bu il isə 111 min ton taxıl istehsal etmişik. Hər hektarın məhsuldarlığı 28 sentnerə yaxın olmuşdur. Mən rayonumuzun bütün taxıl istehsalçılarını yüksək nəticəyə görə təbrik edirəm, inanıram ki, dövlətimizin iqtisadi qüdrətinin artırılmasında mühüm ərzaq məhsulu sayılan taxılçılığın gələcəkdə daha böyük inkişafı diqqət mərkəzində saxlanacaqdır.”-deyə Alı Alıyev vurğulayıb.

Alı Alıyevin sözlərinə görə, cənab İlham Əliyevin taxılçılığın inkişaf etdirilməsinə dair göstərişindən sonra rayonda 300 hektar sahədə məhsuldar toxumluq təsərrüfatı yaradılmış və bu il həmin sahələrdən 53-55 sentner taxıl götürülmüşdür.

Alı Alıyev bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin 13 iyul 2011-ci il tarixli Sərəncamı əsasında rayonun Əhmədbəyli – İkinci Mahmuldu – Aşağı Kürdmahmudlu – Yuxarı Kurdmahmudlu – Alıxanlı kəndlərini birləşdirən 21,9 kilometr, Bala Bəhmənli – Araz Dilağarda – Səngər – Araz Zərgar kəndlərini birləşdirən 6,9 kilometr, cəmi 28,8 km yol əsaslı bərpa olunmuşdur. Horadiz şəhərində Heydər Əliyev prospektinin, əlavə küçələrin 5 km yollarını da nəzərdə tutsaq 34 km yol əsaslı bərpa olunmuşdur. “Yolların bərpası istiqamətində tədbirlər davam etdirilir. Respublika höküməti qarşısında məsələ qaldırmışıq və razılıq əldə etmişik ki, Böyük Bəhmənli, Kərimbəyli, Aşağı Yağlıvənd, Birinci Mahmudlu, Qarabağ, Əhmədalılar-Qazaxlar kəndlərindəki 36,4 kilometrlik yararsız yolların əsaslı bərpasını da həyata keçirək. Belə olarsa rayon ərazisində yollarla bağlı problemlər tamamilə həll ediləcəkdir.”

Alı Alıyev rayon ərazisində 19 yaşayış məntəqəsində 8 minə yaxın ailəyə təbii qaz xətti çəkildiyini və əhalinin bu vacib məişət probleminin həll olunduğunu vurğulamış və sentyabr ayınadək 5 ədəd Zobucuq qəsəbələrinin də tamamilə qazlaşdırılacağını da nəzərə çatdırıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı rayonda səhiyyə, təhsil, mədəniyyət, sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətləri, qazanılan uğurları qeyd etməklə bir sıra problemlərin, nöqsanların mövcud olduğunu da bildirb. O, çatışmamazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün aiddiyati orqanları tapşırıqlar verib.

Sonda Alı Alıyev qeyd edib ki, Füzuliliər cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bütün sahələrdə qələbələr qazanacaqlar

Tədbirdə həmmçinin Horadiz şəhər İcra nümayəndəsi, rayon Statistika İdarəsinin rəisi, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, rayon vergilər idarəsinin rəisi və rayon maliyyə şöbəsinin müdiri çıxış ediblər.