“Hürriyet” yenə Anar Məmmədovdan yazdı

hurriyet-yene-anar-memmedovdan-yazdi
Oxunma sayı: 3503


Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı xəbərlərə yenidən qayıdıb.

“Qafqazinfo" xəbər verir ki, Yalçın Bayer növbəti yazısında Azərbaycan Amerika Alyansının mətbuat xidmətinin adından qəzetə göndərilən təkzib məktubunu dərc edib. Məktubda qeyd olunur ki, Anar Məmmədov minlərlə işçisi olan holdinq və diaspora rəhbəridir və hər işçisini tanımaq məcburiyyətində deyil. Hazırda Məmmədovun belə bir işçisinin olub-olmamasının araşdırıldığı, lakin o adda birinin Anar Məmmədovun mühafizəçisi olmadığı qeyd olunub. 

Yazar həmçinin qeyd edib ki, məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi də maraqlanıb. Ona konsul Behzat Erdem  zəng edib və konsula bu haqda məlumatlar verilib. Qeyd edək ki, “Azəri nazirin türk mühafizəçisinə nə oldu?” başlıqlı yazısında yazar “Garant Holding” MMC-nin Direktorlar Şurasının sədri Anar Məmmədovun Türkiyə vətəndaşı olan mühafizəçisinin güllələnməsi və Türkiyədə 40 milyon dollar ada alması barədə informasiya vermişdi.