“İçkili vəziyyətdə gəlib yaxınlaşırlar...”

ickili-veziyyetde-gelib-yaxinlasirlar
Oxunma sayı: 2334


“Kriz hər yerdə var. Ona görə Avropaya gec-gec gedirəm. Albom satışları dayanıb, investor da qoyduğu pulu götürmək istəyir. Hər kəs mahnını internetdən yükləyir. Almaniyada klub konsertlərinə gedirdim. Yollarda qalmaqdan yorulmuşam. Toylara isə az-az gedirəm. Mən estrada müğənnisiyəm. Toyda öz repertuarımı ifa edirəm. Toylarda 6/8 ritmində mahnılar istəyirlər. Bədahətən oxuya bilmərəm. Toya getmək istəyirəm, amma orada ayrı problem var. Gələn qonaq deyir ki, oynamaq istəyirəm. İçkili vəziyyətdə gəlib yaxınlaşırlar. Toya getsəm, gərək 5 qat artıq qonorar alım ki, özümlə cangüdən də aparım, məni qorusun”. 

Könül