İcra başçısı mükafat verdi

icra-bascisi-mukafat-verdi
Oxunma sayı: 652

Nizami Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da iştirak edib.

İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı” təsdiq etdiyini və həmin tədbirlər planına uyğun olaraq Dövlət İdarəçilik Akademiyasında dövlət qulluğunun aktual problemlərinə dair keçirilən elmi-praktik konfranslarda Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının iştirak etdiyini, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında rayon ictimaiyyətinin məlumatlandırıldığını, həmçinin dövlət orqanlarında uzun illər səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının ölkə başçısı tərəfindən hər il olduğu kimi, bu il də medalla təltif edildiyini, aparatın dövlət qulluqçularına ixtisas dərəcələrinin verildiyini diqqətə çatdırıb.

İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək respublikada müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin qurulduğunu, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradıldığını qeyd edib.

Sədaqət Vəliyeva və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Hacımurad Hənifəyev çıxış edərək, bu əlamətdar tarixin dövlət qulluqçularının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olduğunu və məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq etdiyini vurğulayıblar.

Sonda A.Qasımov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusunu mükafatlandırıb.