İcra Hakimiyyətindən Aslan İsmayılova - Sərt cavab

icra-hakimiyyetinden-aslan-ismayilova
Oxunma sayı: 1627

Səbail Rayon İcra Hakimiyyəti vəkil Aslan İsmayılovun  sosial şəbəkədə Bakı şəhərinin mərkəzində park salması ilə bağlı paylaşdığı video müraciətinə cavab verib.

“Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, sözügedən məlumat Səbail Rayon İcra Hakimiyyətində böyük təəccüb doğurub: 

“Aslan ismayılov vaxtı ilə sürüşmə baş vermiş Bayıl yamacında park saldığını və burada ağaclar əkdiyini göstərir. Hamıya yaxşı məlumdur ki, 2016-cı ilin sonlarından etibarən ölkə başçısı İlham Əliyevin tərəfindən  Şıx yamaından Bayıl yamacı istiqamətində böyük  sahəni əhatə edən ərazidə yaşıllıqlar zonası və meşə zolağının yaradılması barədə tapşırıqlar verib. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən ilkin mərhələdə «Şıx» yamacında böyük “Ekoloji park” yaradılıb, təkcə Səbail RİH tərəfindən burada 80 mindən çox müxtəlif ağac əkilib və damcı üsulu ilə ağaclara qulluq göstərilir. Lazımi qulluq nəticəsində ağacların hamısında inkişaf gedir. Qeyd olunmalıdır ki, 10 minlərlə ha ərazini əhatə edən bu yaşıllıq ərazisi prezidentin hakimiyyəti illərində salınmış ən böyük yaşıllıq ərazilərindən biridir. 

Mövsüm ərzində həmin ərazilərdə əkilən ağacların sayının ilbəil artırılaraq Bayıl yamacına kimi böyük bir ərazini əhatə olunması nəzərdə tutulmuş və hazırda bütün ərazidə ağaclara qulluq göstərilməsi işlər  gedir. 

Aslan İsmayılovun yayımladığı video materialadakı görüntülərdən aydın bilinir ki, burada işlələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aparır. Yəqin ki, Aslan İsmayılov dövlət qurumları tərəfindən ərazidə aparılan geniş miqyaslı işlərə öz adını yazmaqla  özünü gündəmdə saxlamağa çalışır və prezidentin  rəhbərliyi ilə aparılan geniş miqyaslı işlərə özünü əlavə etmək istəyir. Bu da bizdə böyük təəccüb hissi doğurur”.