İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı təsdiqləndi

idxali-edv-den-azad-edilen-xammal-ve-materiallarin-siyahisi-tesdiqlendi
Oxunma sayı: 3407

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Dövlət Gömrük Komitəsinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

S/S

Kod

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları

     1.   

2601200000

Yandırılmış pirit

     2.   

2606000000

Alüminium filizləri və konsentratları

     3.   

2818200000

Alüminium oksidi, süni korunddan fərqli

     4.   

7203100000

Dəmir filizinin birbaşa reduksiya məhsulları

     5.   

7203900000

Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri

     6.  

7204491000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)

     7.   

7204499000

Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri

     8.   

8545110080

Sobalarda istifadə olunan elektrodlar – digərləri

    9.    

8545190001

Elektroliz qurğuları üçün elektrodlar