II Avropa Oyunları bu ölkədə olacaq - Mühüm yenilik var

ii-avropa-oyunlari-bu-olkede-olacaq
Oxunma sayı: 654

2019-cu il Avropa Oyunları Belarusun Minsk şəhərində keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, artıq turnirin proqramı da müəyyənləşib. 

İyunun 21-də başlayacaq yarış 9 gün davam edəcək. Oyunlar iyunun 30-da başa çatacaq və bağlanış mərasimi olacaq. Açılış və bağlanış mərasimləri Minskin “Dinamo” stadionunda keçiriləcək. 

Bəzi növlər üzrə yarışların rəsmi açılışdan 1 gün əvvəl, iyunun 20-də başlamasının mümkünlüyünə icazə verilib.
 
2-ci Avropa Oyunlarının proqramında 16 idman növü yer alacaq. Bunlardan 11-i Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. Yalnız 5 növ – gimnastika, güləş, sambo, basketbolun 3X3 növü və çimərlik futbolu bu mənada fərqlənəcək. Bunlardan sonuncu 3-ü isə ümumiyyətlə Olimpiya oyunları sırasına aid deyil.

Oyunlar – “Dinamo” stadionu, “Minsk Arena”, “Palova-Arena”, “Uruçye” İdman Sarayı, “Çijovka-Arena”, Olimpiya Kompleksi, “Sportin Klub”, avarçəkmə Saslavldakı kanalda, “Falkon klub”da olacaq. 
 
Proqrama Bakı-2015 Avropa Oyunları ilə müqayisədə aerobika, voleybol, su idman növləri, triatlon, qılıncoynatma, taekvando və dağ velosipedi yarışları da daxil ediləcək.