II qrupun imtahanına 550 abituriyent gəlmədi, 22-si də qovuldu

ii-qrupun-imtahanina-550-abituriyent-gelmedi-22-si-de-qovuldu
Oxunma sayı: 647

Bu barədə Trend-ə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, imtahan zamanı qayda pozuntularına yol verən 19 abituriyent imtahandan xaric olunub.

"Ümumilikdə, bütün zallarda imtahanlar təlimata uyğun keçib", - Nağızadə vurğulayıb.

Nağızadə deyib ki, II ixtisas qrupuna imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı sabahdan başlanacaq və nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
2012-ci ildə II qrup üzrə 22 867 abituriyent ərizə təqdim edib.