İki məşhur Azərbaycan filminin bərpa olunmuş elektron versiyası hazırlanıb

iki-meshur-azerbaycan-filminin-berpa-olunmus-elektron-versiyasi-hazirlanib
Oxunma sayı: 632

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi məlumata görə, filmlərdən biri məşhur “Bəyin oğurlanması” kinokomediyasıdır. 1985-ci ildə istehsal olunub. Filmin rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayev, ssenari müəllifi Mövlud Süleymanlı, bəstəkarı Emin Sabitoğludur. Filmdə Azərbaycanın tanınmış aktyorları çəkiliblər.

Bərpa olunaraq elektron versiyası hazırlanan ikinci film “Gümüş gölün əfsanəsi”dir. Bu film də 1985-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifi İsi Məlikzadə, quruluşçu operatoru Rafiq Qənbərov, bəstəkarı Müslüm Maqomayevdir. Baş rollarda Şükufə Yusupova, Eldəniz Rəsulov, Ramiz Əzizbəyli və başqaları çəkiliblər.