İki nəfəri it dişlədi

iki-neferi-it-disledi
Oxunma sayı: 1119

Şəkidə biri uşaq olmaqla iki nəfəri sahibsiz it dişləyib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında rayonun Çələbixan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Afət Kazımlı sağ budun, rayonun Baş Laysqı kənd sakini, 2011-ci il təvəllüdlü Emil Həmidov isə sağ baldırın it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.
 
MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı hər iki şəxs yaşadığı kəndin ərazilərində sahibsiz itin hücumuna məruz qaldığı məlum olub.
 
Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.