İlan 8 yaşlı uşağı başından sancdı

ilan-8-yasli-usagi-basindan-sancdi
Oxunma sayı: 645

Göyçayda ilansancma hadisəsi baş verib.
 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Qarabaqqal kəndində qeydə alınıb.
 
Kənd sakini, 2009-cu il təvəllüdlü Fətullayev Zahid Ramin oğlu yaşadığı evin həyətində oynayarkən meyvə ağacının budağına çıxan ilandan xəbərsiz olub və ilan uşağın başından sancıb. Səkkiz yaşlı uşaq təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
      
Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Uşağın vəziyyətinin ağır olduğu bildirilir.