İlham Əliyev Federasiya prezidentini qəbul edib

ilham-eliyev-federasiya-prezidentini-qebul-edib
Oxunma sayı: 630

“Qafqazinfo”nun məlumatına görə, Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan rəhbərlik etdiyi Federasiyanın növbəti konqresinin Bakıda keçirilməsi barədə qərar qəbul olunduğunu və bu konqresin əhəmiyyətini vurğulayıb. Konqresdə 100-dən çox ölkənin təmsil olunacağını deyən Tomaş Ayan tədbirdən sonra 25 ölkədən olan idmançıların iştirakı ilə yarışların keçiriləcəyini də bildirdib.

Dövlət başçısı Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanla XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev Ümumdünya Ağır Atletika Federasiyasının növbəti konqresinin Bakıda keçirilməsinin önəmini qeyd edib.

Görüşdə Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ağır atletikanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıldıb, Azərbaycan idmançılarının nüfuzlu beynəlxalq yarışlarda əldə etdikləri uğurların önəmi qeyd olundub, ölkəmizin Ümumdünya Ağır Atletika Federasiyası ilə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.