İlham Əliyev FIFA prezidentini qəbul etdi

ilham-eliyev-fifa-prezidentini-qebul-etdi
Oxunma sayı: 631

“Qafqazinfo”nun məlumatına görə, görüşdə FIFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edildi, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirildi. Görüşdə, həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulandı, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirildi.

FIFA-nın prezidenti Yozef Blatter FIFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FIFA-nın vımpelini dövlətimizin başçısına təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından FIFA-nın prezidenti Yozef Blatterin şərəfinə nahar verildi.