İlham Əliyev üç prezidentə başsağlığı verdi

ilham-eliyev-uc-prezidente-bassagligi-verdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedevə göndərilən başsağlığı məktubunda deyilir: “Bulqariya” teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib. Azərbaycan xalqı və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram”.

Ukrayna prezidenti Viktor Yanukoviçə üncanlanan məktubda İlham Əliyev Rovno vilayətində qocalar evində yanğın nəticəsində insan tələfatı haqqında xəbərin onu məni dərindən kədərləndirdiyini bildirib: “Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədova yazılan məktubda deyilir: “Abadan şəhərində baş vermiş partlayışlar nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm”.

Nərgiz Ehlamqızı