İlham Əliyevdən Masallıya 3.5 milyon

ilham-eliyevden-masalliya-35-milyon
Oxunma sayı: 649

Sərəncamda qeyd olunub ki, 69 min nəfər əhalinin yaşadığı 34 yaşayış məntəqəsini birləşdirən Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,5 milyon (üç milyon beş yüz min) manatı Masallı Rayon İcra Hakimiyyətinə ayrılmalıdır.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.