İlhamə Qasımova mükafatı aldı

ilhame-qasimova-mukafati-aldi
Oxunma sayı: 700

“Qafqazinfo”nun məlumatına görə, bu mükafata İlhamə Qasımovanın Dj OBG ilə birgə ifa etdiyi “Bei Mir Bist Du Scheen” mahnısı və klipi 190 namizədin arasından “Best Music Video" (ən yaxşı musiqi və video) kateqoriyası üzrə qalib secilib. Müğənnimiz SMS səsverməsinə görə, ən yüksək nəticə əldə edərək ifa etdiyi mahnısına və klipinə görə ən yaxşılar nominasiyasında birinci olub. Mükafatlandırma mərasimi dünən Azərbaycan vaxtı ilə gecə saat 2-də keçirilib. Almaniyanın paytaxtı Berlində kecirilən törəndə İlhamə Qasımova mükafatı almaq ücün “qızmızı xalça”nın üzərinə produsseri Mark Dolar ilə birgə çıxıb. Müğənnimizin bu uğuru Avropalı fanatların coşqusu ilə qarşılanıb.

İlhamə Qasımova nəinki Azərbaycan MDB məkanından “EMMAwards” mükafatını alan yeganə sənətçidir. İndiyədək bu mükafatı alan müğənnilərin siyahısına nəzər salsaq onların əksəriyyəti dünya şöhrətli sənətçilərdir.

Qeyd edək ki, İ. Qasımova bir neçə saatdan sonra Bakıya gələcək və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında brifinq keçirəcək.

Nigar Məmmədli