İlker Başbuğ azad oluna bilər

ilker-basbug-azad-oluna-biler
Oxunma sayı: 847


 “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmə Başbuğun həbsinin hüquqi olmadığına qərar verib və bu qərar yerli məhkəməyə göndərilib. 

Yerli məhkəmənin bu gün toplanaraq Başbuğun azadlığa çıxması ilə bağlı qərar verəcəyi gözlənilir.

“Ergenekon” əməliyyatı zamanı həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən İlker Başbuğ artıq cəzasının iki ilini çəkib.