“İndi KXCP rəsulçu oldu?”

indi-kxcp-resulcu-oldu
Oxunma sayı: 645

Bunu “Qafqazinfo”ya açıqlamasında KXCP sədrinin müavini Fikrət Cəfərov deyib. KXCP-nin iştirakı ilə Demokratiya Uğrunda Müqavimət Hərəkatı yaradıldıqdan sonra partiyanı “Elçibəyçilikdən imtina etməsi” ilə ittiham edənlərə cavab verən F. Cəfərov Elçibəylə bağlı belə xırdalıqlara gedilməsini, onun adın-dan sui-istifadələri qəbul etmədiyini vurğulaydıb: “Bunu yolverilməz hesab edirəm. Elçi-bəy türk dünyasının önəmli liderlərindən biridir. O, Atatürk, Rəsulzadə ilə adını bir sıraya yazan şəxsiyyətdir. Elçibəy əməlləri ilə o adı qazanıb. Onun adı ilə kimlərinsə alver etmə-si düzgün deyil. Kimlərsə guya KXCP-yə böyük sevgisi olduğundan onu ifrat dərəcədə tənqid edir, bəzən də hansısa qüvvələrlə əməkdaşlıqda ittiham edirlər. Ancaq yanılırlar. O insanlar, o qüvvələr konkret Rəsul Quliyevlə bağlı məsələyə gələndə bir gerçəyi bilmə-lidirlər. Məhz onlar vaxtilə Rəsul Quliyevə görə Azərbaycanda baş verən ciddi prosesi darmadağın ediblər. Burada olan real qüvvə ilə əməkdaşlığı birtərəfli qaydada dayandı-rıb ABŞ-da yaşayan Rəsul Quliyevlə müqavilə bağlayanlar bizim həmin dostlarımızdır. Necə olur, onda həmin dostlarımız rəsulçu olmurdu, indi KXCP rəsulçu oldu? Mən belə qeyri-ciddi diskussiyalara əhəmiyyət vermirəm”.