İngilislərin diqqəti Mişel Obamada… - Foto

İngilislərin diqqəti Mişel Obamada… -<font color=red> Foto </font>
Oxunma sayı: 173

“Qafqazinfo”nun məlumatına görə, səfərdə ən çox danışılan məsələlərdən biri Mişel Obama və digər “first lady”lərin geyimləri olub.
Keçən ay krallıq toyuna qatılmayan Obama cütlüyü əvvəlcə şahzadə Uilyam və Qata Middletonla görüşüb. “Reiss” markalı sadə geyim geyən Middleton internet saytının çökməsinə səbəb olub. Belə ki, “Reiss” markalı geyimləri satışa çıxaran internet saytına çoxlu sayda internet istifadəçisi daxil olduğundan sayta giriş bir neçə saat məhdudlaşıb.

Obama cütlüyü həmçinin İngiltərə baş naziri David Kameron və həyat yoldaşı Samanta ilə də görüşüb. “Hellas” markalı geyim seçən Samanta Kameron da Mişel Obama kimi sadəliyi üstün tutub.

Barak Obama və İngiltərənin baş naziri David Cameron Liviya istiqamətində ortaq hərəkət etməkdə qərarlı olduqlarını açıqlayıblar.

Dünən İngiltərədə səfərlərinin ilk günündə Mişel Obama 4 dəfə paltarını dəyişib. Kraliça II Yelizavetanın rəsmi ziyafətində isə Mişel Obama Tom Ford markalı ağ libası ilə göz qamaşdırıb.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi