İngiltərədə klub sahibi xərçəngdən dünyasını dəyişdi

ingilterede-klub-sahibi-xercengden-dunyasini-deyisdi
Oxunma sayı: 911

Futbol üzrə İngiltərə çempionatının 2-ci divizionunda (Çempionşip) mübarizə aparan “Barnsli” klubuna ağır itki üz verib.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, 2003-cü ildən klubun prezidenti olan Patrik Krayn xərçəng xəstəliyindən dünyasını dəyişib.

Onda bu xəstəlik 2016-cı ildə aşkar olunub. Krayn 2017-ci ilin sentyabrında mövsümün sonuna kimi dünyasını dəyişmək ehtimalını diqqətə çatdırmışdı.

Qeyd edək ki, Krayn ailəsi klubun 20 % səhminə malikdir. P.Kraynın oğlu Ceyms “Barnsli”nin yeni İdarə heyətinin üzvüdür.